Modern.az

Biləcəri-Binəqədi avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Biləcəri-Binəqədi avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Aktual

4 May 2017, 10:10

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq may ayının 4-dən 5-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu haqda “Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumatda bildirilib.

Hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. Avtonəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Dövlət Yol Polisi idarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq. Həmçinin, həmin kəsişmədən Biləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür