Modern.az

Səfir: "Polad Bülbüloğlu UNESCO İcraiyyə Şurasında müsahibədən keçib"

Səfir: "Polad Bülbüloğlu UNESCO İcraiyyə Şurasında müsahibədən keçib"

4 May 2017, 11:36

"Polad Bülbüloğlunun namizədliyi ilə bağlı bütün sənədlər rəsmiləşdirilərək UNESCO-nun müvafiq orqanlarına təqdim edilib".

 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov deyib. O bildirib ki, İcraiyyə Şurasında artıq ilkin müsahibələr keçirilib:

 

"Bütün namizədlər sorğu-sual edilib. Polad Bülbüloğlu da həmin müsahibədən keçib və İcraiyyə Şurası üzvlərinin suallarına cavab verib. Kampaniya davam edir. Bu ilin oktyabrında səsvermə keçiriləcək və namizəd Baş Konfransa təqdim ediləcək. Baş Konfrans namizədi təsdiqləyəcək".

 

A. Kərimov qeyd edib ki, Azərbaycan həmişə uğurlu bir təşəbbüs irəli sürəndə Ermənistan buna qarşı çirkin kampaniya aparır: "Ermənistanın təxribatlarına biz artıq öyrəşmişik. Təbii ki, Azərbaycana qarşı çirkin kampaniyaya cəhd edirlər. Amma bu əks-təbliğat bizi qarşımıza qoyduğumuz məqsəddən döndərməyəcək. Biz yolumuza davam edəcəyik".

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir