Modern.az

BDU Həmkarlar İttifaqı Komitəsinin XV hesabat-seçki konfransı keçirilib

BDU Həmkarlar İttifaqı Komitəsinin XV hesabat-seçki konfransı keçirilib

4 May 2017, 11:07

Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin XV hesabat-seçki konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda universitetin 27 qurumundan seçilmiş 100-dək nümayəndə, dekanlar, kafedra müdirləri, fakültə həmkarlar təşkilatlarının sədrləri, tanınmış ziyalılar, o cümlədən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak ediblər. İclasa sədrlik edən BDU rektorunun ümumi məsələlər üzrə müşaviri, professor İsmayıl Əliyev hesabat-seçki konfransı və gündəlik haqqında məlumat verib.

 

Sonra Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev 2012-2017-ci ilin may ayınadək görülən işlərin hesabatı ilə çıxış edib. O, ötən beş il ərzində Həmkarlar İttifaqı Komitəsinin universitet həyatında gördüyü işlər və əlamətdar hadisələrdən danışıb.

İclasda Təftiş və Mandat komissiyalarının hesabatı dinlənilib, HİK nümayəndələri, professorlar – Şövqi Göyçaylı və Əsməd Muxtarova qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.

Hesabatlarla bağlı çıxışlardan sonra dosent Fikrət Şiriyev açıq səsvermə ilə yenidən sədr seçilib. Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni heyətlərinin seçkisindən sonra ATİAHİ-nin XVII hesabat-seçki konfransına nümayəndələrin  seçkisi baş tutub.

 

Modern.az

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir