Modern.az

Kremlin baş ideoloqu Qarabağ icması ilə görüş keçirdi

Kremlin baş ideoloqu Qarabağ icması ilə görüş keçirdi

Aktual

4 May 2017, 12:27

Azərbaycanda səfərdə olan rusiyalı politoloq və filosof Aleksandr Duqin bu gün Qarabağın Azərbaycanlı icmasının ofisində olub.

Modern.az xəbər verir ki, görüşdə Qarabağ İcmasının sədri, Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərov, İcmanın İdarə Heyətinin üzvüləri, millət vəkilləri Rövşən Rzayev, Flora Qasımova, Elman Məmədov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli iştirak edib.

Görüşdə Qarabağ münaqişəsinin həlli yolları barədə müzakirələr aparılıb. Qarabağ icması rusiyalı qonağı münaqişənin Azərbaycan üçün doğurduğu mənfi fəsadlar barədə məlumat veriblər və rəsmi Bakının problemi  sülh yolu ilə həll etməyə tərəfdar olduğunu bildiriblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!