Modern.az

Bakıda "Porche" yolu keçən qadını vurub qaçdı

Bakıda "Porche" yolu keçən qadını vurub qaçdı

4 May 2017, 12:34

Mayın 3-də saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində "Porche" markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub. Sürücü avtomobillə hadisə yerindən qaçıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən X.Məmmədova orada ölüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub. Bu arada hadisəni törədən sürücü Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı avtomobilin nömrəsi də diqqət çəkib - 99-BS-999.

Məlum olub ki, hadisəni törədən sürücü Bakıda restoran biznesi ilə məşğul olan iş adamı Füzuli Fərəcovun oğludur. Və 99 BS 999 nömrə nişanlı “Porshe” Bakının “bərk gedən avtomobilləri” arasında məşhurdur. O da məlum olub ki, çoxsaylı fotolarına sosial şəbəkələrdə də rast gəlinən maşının sürücü Ağaəli 14 yaşındadır.

Qeyd edək ki, hadisənin qurbanı olan Gürcüstan vətəndaşı Xəyalə Məmmədovanın 24 yaşı vardı. Faktla əlaqədar cinayət işi başlanılıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər