Modern.az

Ermənilər Ağdamda "Qızıl Xaç"ın əməkdaşlarını və fəhlələri atəşə tutdular - FOTO

Ermənilər Ağdamda "Qızıl Xaç"ın əməkdaşlarını və fəhlələri atəşə tutdular - FOTO

Aktual

4 May 2017, 16:24

Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub. Hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan “Meliorasiya və Su Təsərrüfatı” ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.

 

Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasada texnika və qurğulara ziyan dəyib. 

 

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır