Modern.az

TQDK Türkiyə ali məktəblərinə qəbul olunmaq istəyənlərə xəbər verdi

TQDK Türkiyə ali məktəblərinə qəbul olunmaq istəyənlərə xəbər verdi

Təhsil

22 Aprel 2011, 11:20

Modern.az saytının məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) TCS-2011 imtahanlarında iştirak etmək üçün sənəd vermiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar Türkiyə Respublikasının ÖSYM təşkilatının rəsmi internet saytına (osym.gov.tr/dosya/1-57603/h/yeni-2011-tcs-yurtdisi-klz-yeni.pdf , səh. 14-15) daxil olmaqla yeni ixtisaslar və eləcə də digər proseslər haqda ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, 21.04.2011-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları üçün ayrılmış yeni ixtisasların siyahısı göstərilib.

Abituriyentlər yeni siyahıdan seçdikləri ixtisasları imtahan zamanı onlara təqdim olunacaq yeni ixtisaslar formasında qeyd edəcəklər.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?