Modern.az

Türkiyə ilə Yunanıstan arasında gərginlik

Türkiyə ilə Yunanıstan arasında gərginlik

4 May 2017, 22:43

Türkiyə və Yunanıstan arasında gərginlik davam edir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb.

Bəyanatda bildirilir ki, Yunanıstanın 8 qiyamçı hərbçini ölkəmizə təhvil verməməsi münasibətlərimizə ciddi şəkildə təsir göstərəcək: “Ədalətli və tərəfsiz olmasına ümid etdiyimiz yunan məhkəməsinin bu qərarı bizdə bir daha xəyal qırıqlığı yaratdı”.

Qeyd edək ki, Türkiyə XİN-nin qiyamçı hərbçilərlə bağlı növbəti tələbini yenə Yunanıstan tərəfi rədd edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir