Modern.az

Ermənistan 7 nəfəri qətlə yetirən hərbçini Rusiyaya verib  

Ermənistan 7 nəfəri qətlə yetirən hərbçini Rusiyaya verib   

4 May 2017, 23:14

Ermənistanda Avetisyanlar ailəsinin 7 üzvünü öldürən rus hərbçi Valeri Permyakov cəzasını Rusiyada çəkəcək. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Şimali Qafqaz hərbi dairəsi məhkəməsinin nümayəndəsi açıqlama verib.

Məlumata görə, Ermənistanla aparılan danışıqların nəticəsində belə bir razılaşma əldə olunub.

Eyd edək ki, 12 yanvar 2015-ci ildə Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri V.Permyakov hərbi hissəni tərk edəndən sonra Avetisyan ailəsinin yaşadığı evə girərək Avetisyan ailəsinin bütün üzvlərini, o cümlədən Araksiya Poqosyanı güllələyərək qətlə yetirmişdi. Daha sonra o, qaçmaq istərkən rus sərhədçiləri tərəfindən saxlanılmışdı. Rus hərbçi Şirak məhkəməsinin qərarı ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə ömürlük həbs olunmuşdu.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır