Modern.az

İraqda iki nəfərlə bağlı edam qərarı verilib

İraqda iki nəfərlə bağlı edam qərarı verilib

4 May 2017, 23:54

İraqda iki nəfərlə bağlı edam qərarı verilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, imam Hoşyar İsmayılın qətlində günahkar bilinən 2 şəxslə bağlı çıxarılan edam qərarını Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani təsdiqləyib. Həmin şəxslərin ən qısa zamanda edam ediləcəyi bildirilir.

Qeyd edək ki, İraq Kürdüstan İslami Birliyinin rəhbəri və məscid imamı Hoşyar İsmayıl 22 noyabr 2016-cı ildə evinin önündə silahlı şəxslər tərəfindən öldürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı