Modern.az

Azərbaycanda 32 bank, 561 bank filialı qalıb

Azərbaycanda 32 bank, 561 bank filialı qalıb

5 May 2017, 10:30

2017-ci ilin birinci rübünün nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 29,980.1 milyon manat, cəmi öhdəlikləri 27,219.9 milyon manat təşkil edib.

Bu barədə Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, sektorun balans kapitalı 2,760.2 milyon manatdır. Əhalinin əmanətləri 6,889.2 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2,471-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,312 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2,726 nəfər təşkil edir.

2017-ci ilin birinci rübü üzrə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir