Modern.az

ATƏT PA-nın prezidenti Azərbaycana gələcək

ATƏT PA-nın prezidenti Azərbaycana gələcək

5 May 2017, 12:42

ATƏT Parlament Assambleyasının prezidenti Kristina Muttonen çox güman ATƏT PA-nın yay sessiyasından sonra, yəqin ki, payızda Azərbaycana gələcək.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Deputat bildirib ki, səfərin əvvəlcə yay sessiyasından əvvəl reallaşması nəzərdə tutulurdu.

 “Lakin onun proqramının sıxlığı ilə bağlı bu, mümkün olmadı. ATƏT-in Parlament Assambleyasının prezidenti Kristina Muttonen çox güman ATƏT PA-nın yay sessiyasından sonra, yəqin ki, payızda Azərbaycana gələcək. Səfər yay sessiyasından sonra baş tutacaq. Tarix hələlik dəqiqləşməyib”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!