Modern.az

İslam Oyunlarında bu cüdoçularımız iştirak edəcək - HEYƏT

İslam Oyunlarında bu cüdoçularımız iştirak edəcək - HEYƏT

5 May 2017, 12:54

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın heyəti müəyyənləşib.

 

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu  Modern.az-a açıqlamasında bildirib ki, millimiz İslamiadada 9 kişi və 9 qadın cüdoçu ilə təmsil olunacaq.

 

Kişi cüdoçuların fərdi yarışlarında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) mübarizə aparacaq.

 Komanda yarışlarında isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (+100 kq) digər cüdoçularımızla birgə yarışacaq.

 

 Qadınların mübarizəsində Aişə Qurbanlı,Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq.

 

 Daha iki cüdoçu - Purevsuren Buyanxişiq (52 kq) və Gülsədəf Kərimova (70 kq) qadınların komanda yarışları üçün sifariş olunub.

 

Qeyd edək ki, cüdo yarışları 13-15 may tarixində Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir