Modern.az

Türkiyədə Rəis Rəsulzadənin  sərgisi keçirilib

Türkiyədə Rəis Rəsulzadənin  sərgisi keçirilib

5 May 2017, 12:56

Türkiənin Ankara şəhərində Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin nəvəsi,Azərbaycanın əməkdar rəssamı Rəis Rəsulzadənin böyük rəsm sərgisi keçirilib.

Modern.az xəbər verir ki, sərginin əsas təşkilatçısı  “Yerli Düşüncə” dərnəyi olub.Bu dərnəyin Başqanı Türkiyə Böyük Millət Məclisinin üzvü,Ordu millət vəkili Mətin Gündoğan, dərnəyin Fəxri Başqanı isə Türkiyə Cümhuriyyəti Cümhurbaşqanının Başməsləhətçisi Yalçın Topal bəydir.

 

Ankrada Mustafa Ayaz fondu   Sərgi  salonunda “Bir dünya rəssamı Rəis Rəsulzadə” adlı  sərginin izdihamlı açılış mərasimi oldu.Mərasimdə Türkiyənin dövlət rəsmiləri, yaradıcı sənətkarlar və Türkiyə mediasının təmsilçiləri iştirak ediblər. Türkiyə Cümhurbaşqanını Yalçın Topal bəy sərginin qırmızı lentini kəsdi və sərgi iştirakçılarına rəssam haqqında məlumat verdi. Açılış mərasimində millət vəkili Mətin Gündoğan, Azərbaycan Kültür Dərnəyinin Başqanı Cəmil Ünal,”Məhəmməd Əmin Rəsulzadə” Mərkəzinin Sədri Nəsiman Yaqublu və digərləri iştirak etmişlər. 5 günə qədər davam edən sərgiyə çoxlu sayda qonqlar gəlmiş və R.Rəsulzadənin “ Günəşli gün”, “Yasəmən”,”Köhnə Bakı”, “Kənddə”,”Kür balıqçısı” vəs.kimi  maraqlı əsərlərinə baxılıb.

 

Sərginin açılış mərasiminin axşamı Ankaranın “İç Qala” otelində Rais Rəsulzadənin və  babası M.Ə.Rəsulzadənin  həyat və fəaliyyətinə həsr edilmiş konfrans keçirilib. Konfransda Cümhurbaşqanı  Başdanışmanı Yalçın Topal, millət vəkili Mətin Gündoğan,Mə.Rəsulzadə irsinin tədqiqatçısı. Tarix elmləri doktoru Nəsiman Yaqublu çıxış ediblər. Sonda  R.Rəsulzadə toplantı iştirakçılarına təşəkkürlərini bildirib.

Sərginin açılışının ertəsi günü M.Ə.Rəsulzadənin “Əsri “ məzarıstanlığındakı  qəbri  ziyarət edilmiş,gül dəstələri  qoyulmuş, Türkiyə  və Azərbaycan bayraqları  dalğalandırılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!