Modern.az

Dənizkənarı Parkda intihar cəhdinin qarşısı alındı

Dənizkənarı Parkda intihar cəhdinin qarşısı alındı

5 May 2017, 13:00

Dənizkənarı Milli Parkda intihara cəhd hadisəsi qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində bir nəfər intihar məqsədilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

 

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir