Modern.az

Xaçmazdan Bakıya at əti gətirən şəxs yaxalandı

Xaçmazdan Bakıya at əti gətirən şəxs yaxalandı

5 May 2017, 13:03

Xaçmaz rayonunda at əti satmağa cəhd edən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, mayın 5-də rayonun Padar kəndi yaxınlığında meşə massivində başı kəsilmiş at cəmdəyi aşkarlanıb. İlkin araşdırmalar nəticəsində həmin heyvanın kənd sakini Məmmədov İsmayıl Müzəffər oğlu tərəfindən kəsildiyi müəyyənləşib.

İsmayıl Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs 100 kiloqrama yaxın at ətini Bakı şəhərində satmaq niyyətində olduğunu bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib.

Orqanoleptik göstəriciləri standarta uyğun olmayan, qida üçün yararlığı şübhə doğuran at cəmdəyindən nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir