Modern.az

Dünya ölkələrində doğum prosesinin ÖZƏLLİKLƏRİ

Dünya ölkələrində doğum prosesinin ÖZƏLLİKLƏRİ

Aktual

5 May 2017, 13:11

Doğuş prosesi tibbi xidmətin keyfiyyəti ilə sıx bağlı olan prosesdir. Bu mənada hamilə qadınların doğum öncəsi keyfiyyətli xidmətlə təmin edilməsi, doğuş zamanı gözlənilməyən ağırlaşmalar zamanı müvafiq tibbi yardımı alması çox önəmlidir.

 

Bu mənasda dünya ölkələrində qadınların hamiləliyinə xüsusi həssaslıqla yanaşırlar. Modern.az doğuş prosesinin özəllikləri ilə bağlı dünya təcrübsıənidən bəhs edir.

 

Avropa

 

Köhnə qitədə doğuş prosesinə həm mühafizəkar, həm də liberal yanaşma mövcuddur. Lakin bundan asılı olmayaraq, Avropada qadınlar hamiləlikləri dövründə tam həkim – mama-ginekoloqun nəzarəti altında olurlar. Ən azı 5 il təcrübəsi olan ginekoloq sonda doğuşu qəbul edfir. Lakin əgər qadın buna razı deyilsə, o özəl klinikalardan birinə müraciət edə bilər.

 

Doğuş prosesi stasionar şəkildə həyata keçirilir. Doğuş edən bütün qadınlara anasteziya olunur. Doğuşun təbii üsulla həyata keçirilməsinə çalışılsa da, tibbi göstəricilərin əsasında, qeysəriyyə əməliyyatı da aparıla bilər. Almaniya və Fransada bu prosedur öz operativlioyi ilə seçilir. Təcili cərrahiyyə əməliyyatına ehtiyac yaransa, həkimlər dərhal əməliyyat masasına cərrah dəvət edir. Avropa ölkələrində evdə uşaq dünyaya gətirmək təcrübəsi də geniş yayılıb. Belə ki, qadınlar xüsusi ixtisaslı mama-ginekoloqu evə dəvət edərək uşaq dünyaya gətirə bilər.

 

ABŞ

Bu ölkədə uşaq dünyaya gətirmək prestijli və komfortlu sayılır. Analiz və UZİ həkimə getməzdən öncə edilir. Uşağa ekranda baxmaq üçün icazə yalnız hamiləliyin 18 bə 22=ci həftəsində verilir. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların sayı 30%-dən çoxdur. Paralel olaraq, 2% qadın uşağı ev şəraitində dünyaya gətirir. Doğuş zamanı tərəf müqabillərinin, rəfiqələrin də palatada olması alqışlanır. Hamilə qadınlar öncədən doğuşu qəbul edəcək professional ginekoloqu seçə bilər.

 

Afrika

 

Afrikada doğuş prosesi iri şəhərlər və əyalətlər arasında çox fərqlidir. İri şəhərlərdə kifayət qədər yüksək xidmət göstərən klinikalar mövcuddur. Bu zaman qeysəriyyə əməliyyatından geniş istifadə olunur. Hesab olunur ki, Afrikada 55%, Cənubi Amerikada isə 40% doğuş hallarında qeysəriyyə əməliyyatından isitfadə olunur.

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!