Modern.az

Qarabağ ermənisindən Yerevana ittiham: “Təhlükəsizliyimizi təmin etmirsiz”

Qarabağ ermənisindən Yerevana ittiham: “Təhlükəsizliyimizi təmin etmirsiz”

Aktual

5 May 2017, 14:32

Dağlıq Qarabağdakı separatçı rejimin "deputatı” Ayk Xanumyan rəsmi Yerevanın ünvanına tənqid səsləndirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xanumyan Azərbaycan-Türkiyə taktiki təlimlərinin Qarabağ üçün ciddi təhlükə olduğunu, lakin rəsmi Yerevanın bu məsələyə etinasız yanaşdığını deyib.

“Aprel hadisələrindən sonra ön xəttin möhkəmləndirilməsi barədə söhbətlər başladı. Lakin Ermənistan bizə pul vermək istəmədi, Qarabağ hakimiyyətinin isə buna etiraz etməyə iradəsi çatmadı.

 

Onun sözlərinə görə, yardım vaxtında ayrılsaydı, aprel döyüşlərində ermənilərin itkiləri bu qədər çox olmazdı.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür