Modern.az

ABŞ-da işsizlik son 10 ilin ən aşağı həddindədir

ABŞ-da işsizlik son 10 ilin ən aşağı həddindədir

5 May 2017, 21:43

ABŞ-ın aprel ayı işsilik göstəricisi 4,4 faiz-ə geriləyərək son 10 ilin minimal həddinə çatıb.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla yanaşı, aprel ayında ABŞ-da yeni iş yerlərinin sayı 190000 proqnozuna qarşı 211000 nəfər artıb. Həmçinin açıqlanan statistikaya görə saat başına əmək haqqı aperel ayında aylıq müqayisədə 0,3 faiz artaraq 26,19$ təşkil edib.

Qeyd edək ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp öz seçki öncəsi vədlərində ABŞ-da yaxın 10 il ərzində 25 mln. yeni iş yeri yaradacağı sözü verib. Bu da ayda orta hesabla 208000 yeni iş yeri deməkdir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi