Modern.az

Etirazçılar Çavesin abidəsini yandırdılar

Etirazçılar Çavesin abidəsini yandırdılar

Dünya

6 May 2017, 21:31

Venesuelada etirazçılar eks-prezident Uqo Çavesin abidəsini dağıdıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident Vilya del Rosario şəhərində yaşanıb. Etirazçılar Çavesin abidəsini yerə yıxaraq, onu yandırıblar. Hələlik rəsmi dairələr insidentlə bağlı heç bir məlumat vermirlər.

Qeyd edək ki, Venesuelada etiraz aksiyaları ölkənin Ali Məhkəməsinin parlamentin səlahiyyətlərinin Maduroya verilməsi haqqında qərarından sonra başlayıb. Qərar sonradan ləğv olunsa da, aksiyalar dayanmayıb.

Venesuelada son 1 il ərzində iqtisadi vəziyyət kəskinləşib. Ölkədən emiqrasiya edənlərin sayı 2 dəfə artıb, inflyasiya isə 400 faizi keçib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi