Modern.az

Qeyri-adi qadağalar: rels üzərində öpüşmək, liftdə danışmaq olmaz

Qeyri-adi qadağalar:  rels üzərində öpüşmək, liftdə danışmaq olmaz

Aktual

8 May 2017, 01:12

Hər bir ölkənin özünəməxsus qanunları var. Amma bəzi ölkələrdə olan qanunlarda isə qeyri-adi qadağalar əks olunub. Bu qanunların qüvvədə olduğu ölkələrdə qeyd olunan qadağalar pozularsa ciddi cəza (hətta uzunmüddətli həbs) tətbiq edilə bilər. Modern.az saytı dünya ölkələrinin bəzilərində olan qeyri-adi qadağaları oxucuları üçün təqdim edir.

 - ABŞ Alyaska ştatının Faribanks şəhərində marala spirtli içki vermənin cəzası həbsdir.

 

- Arizonanın Mohave mahalında şorba oğrusu tutulduqda yeməyi oğrunun başından aşağı tökülür.

 

- Çində bir insanı boğulmaqdan qurtarmaq, o adamın qədərini dəyişdirmək mənası daşıdığından qadağandır.

 

- İsveçrədə bazar günləri paltar və avtomobil yuyula bilməz.

 

- Nyu Yorkda əcnəbi biri ilə liftdə danışmaq qadağandır.

 

- Vaterloo şəhərində bərbərlərin 07.00 - 19.00 arası soğan yemələri qadağandır.

 

- Fransada relslər üzərində öpüşmək qadağandır.

 

- İtaliyada ətək geyən kişilər cinayət işləmiş sayılır. Cəmiyyətə açıq yerlərdə and içmək, yumruq atmaq, həmçinin Məryəm adlı qadınların fahişəlik etməsi də qadağan olunub.

 

- Texasda ayaq üstdə pivə içərkən ən çox üç dəfə qurtum içə bilər. Dördüncü qurtum qadağandır. İçmək üçün oturmaq lazımdır.

 

- Montanada bir qadının yoldaşına aid məktubu açması ağır cinayətdir.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır