Modern.az

Bu gün İslam Oyunlarında futbol yarışları başlayır

Bu gün İslam Oyunlarında futbol yarışları başlayır

8 May 2017, 09:17

Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışları başlayacaq.

 

Modern.az xəbər verir ki, bu gün “AZAL Arena” stadionunda A qrupuna daxil olan Səudiyyə Ərəbistanı və Mərakeş komandaları üz-üzə gələcək.

“Bayıl Arena” stadionunda isə Azərbaycan milli komandası Kamerun yığması ilə qarşılaşacaq.

 

GÜNÜN TƏQVİMİ:

 

10:30 - 12:30

Qrup oyunu A1 (Səudiyyə Ərəbistanı - Mərakeş

12:30 - 14:30

Qrup oyunu B1 (Əlcəzair - Türkiyə)

16:30 - 18:30

Qrup oyunu B2 (Fələstin - Oman)

18:30 - 20:30

Qrup oyunu A2 (Azərbaycan - Kamerun)

 

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi