Modern.az

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ - 10 məsələ

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ - 10 məsələ

8 May 2017, 11:12

“Milli Məclisin yaz sessiyasının növbəti iclası mayın 16-da keçiriləcək”.

 

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. 


A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının həmin iclasının gündəliyinə 10 məsələ daxil edilib. 


 Gündəlikdə bir sıra qanunlara dəyişiklik və qanun layihələri müzakirəyə çıxarılacaq.  Bunlar aşağıdakılardır: 


“Məhkəmə-Hüquq Şurası haqqında ” qanun layihəsi; 

 

“Dini etiqad azadlığı haqqında ” qanuna dəyişiklik; 

 

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında ” qanun layihəsi  2-ci oxunuş; 

 

 “Kabel şəbəkəsi yayımı haqqında ” qanuna dəyişiklik; 

 

“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında ” qanun layihəsi 2-ci oxunuş; 

 

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik; 

 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

 

“Telekommunikasiya haqqında “qanuna dəyişiklik; 

 

“Pasportlar haqqında” qanuna dəyişiklik;

 

 

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir