Modern.az

Masallıda sünnət zamanı azyaşlının ölməsi ilə bağlı cinayət işi açıldı

Masallıda sünnət zamanı azyaşlının ölməsi ilə bağlı cinayət işi açıldı

8 May 2017, 15:23

Masallı rayonunda sünnət zamanı azyaşlının ölməsi ilə bağlı cinayət işi açılıb.

 

Masallı rayon prokurorluğundan Modern.az-a məlumata görə, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov qeyd edilən tarixdə saat 14 radələrində yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib və rayon mərkəzi xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.

 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?