Modern.az

İspan jurnalist Azərbaycanın “qara siyahı”sından çıxarıldı

İspan jurnalist Azərbaycanın “qara siyahı”sından çıxarıldı

8 May 2017, 15:30

Argentina və Latın Amerikası regionunun KİV-də yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Argentinadakı səfirliyimizə məktubla müraciət edərək, adının “Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılması xahiş edib.

 

Bu haqda Modern.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

 

Məktubunda R.Montanyana Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib. R.Montanyana həmçinin işğal edilmiş ərazilərimizdən hazırladığı reportajda da o ərazilərin Azərbaycana aid olduğunu vurğuladığını qeyd edib.

 

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, R.Montanyana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

 

R.Montanyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı