Modern.az

DTX generalının ailəsində FACİƏ - Qardaşı oğlu, azyaşlı uşaq və anası öldü

DTX generalının ailəsində FACİƏ - Qardaşı oğlu, azyaşlı uşaq və anası öldü

Aktual

8 May 2017, 15:35

Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

 

Bizimyol.info xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus "Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələ bəlli olmayan minik avtomobilləri toqquşub.

 

Nəticədə "Mercedes” markalı avtomobildə olan Naxçıvan DİN-in əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin nizami hissə rəisi, polkovnik Mirnemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, "Mercedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar