Modern.az

İslam Oyunları zamanı bu yollar bağlanacaq - SİYAHI  

İslam Oyunları zamanı bu yollar bağlanacaq - SİYAHI   

Aktual

8 May 2017, 16:06

Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi IV İslam Həmrəliyi Oyunları zamanı açılış və bağlanma mərasimləri günlərində tətbiq olunan yol hərəkəti qaydalarını açıqlayıb.

Modern.az Agentliyə istinadən xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanma mərasimləri - 12 və 22 may tarixlərində paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həmin günlərdə Heydər Əliyev prospektinin "Excelsior" hotelinin qarşısındakı yol qovşağından Sabunçu qəsəbəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

Açılış və bağlanma mərasimlərinin keçirildiyi günlərdə tamaşaçılar Olimpiya stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyən ediləcək ekspress xətt avtobuslarından istifadə etməklə gedə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18:00-dan 21:00-dək, bağlanış mərasimi zamanı isə saat 17:00-dan 20:00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gəncllik" və "Qara Qarayev" stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq. Mərasim bitdikdən sonra stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərə - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına daşınacaq. Metronun "Qara Qarayev" stansiyasından X1, "Gənclik" stansiyasından X2 və "20 Yanvar" stansiyasından X3 ekspress avtobusları tamaşaçıları Bakı Olimpiada Stadionuna daşıyacaq.

Bakı Olimpiada stadionuna ən yaxın metro stansiyası olan "Koroğlu" stansiyasında qatarlar orta hesabla 2 dəqiqəlik intervalla hərəkət edəcək. Açılış və bağlanma mərasimləri zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması pulsuz olacaq. Taksilərin Bakı Olimpiada Stadionuna yaxınlaşmasına və məkanın ətrafında tamaşaçıların şəxsi nəqliyyat vasitələri üçün parklanmaya icazə verilməyəcək. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan (metro və xüsusi olaraq ayrılmış avtobuslardan) istifadə etməlidirlər. Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, 1 nömrəli və 13 nömrəli marşrutlar saat 17:00-da fəaliyyətlərini dayandıracaq.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür