Modern.az

Mənzil sektorunda “HOME” layihə həyata keçirilir

Mənzil sektorunda “HOME” layihə həyata keçirilir

Aktual

8 May 2017, 16:50

 Son illər Azərbaycanda çoxmənzilli binalardakı ümumi istifadə sahələrinin idarə edilməsi sahəsində islahatlar həyata keçirlir. Sovet İttifaqı dövründə çoxmənzilli binaların idarə edilməsi Mənzil İstismar Sahələri adlanan təşkilatların əsas səlahiyyəti idi. Lakin müstəqilliyə qədəm doyduğumuzdan sonra həmin təşkilatların müasir tələblərə uyğun gələn şəkildə idarəetmə qabiliyyətinə malik olmadıqları üzə çıxdı. Bu sahədə islahatların həyata keçirilməsi üçün ilk zəmin olmasını həmçinin 2009-cu ildə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi oldu.

Yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə Azərbaycan dövləti və o cümlədən Azərbaycan höküməti çoxmənzilli binaların idarə edilməsi sahəsində islahatlar keçirməyə başladılar. Belə islahatlardan biri Avropa Birliyinin maliyyə dəstəyi ilə 2013-2015 ci illərdə davam etmişdir, bu sahədəki islahatların həyata keçirilməsi ilə əlaqədar tövsiyyələr hazırlanmış və Azərbaycan hökümətinə təqdim edilib. Bununla belə respublika şəhərlərində yerləşən çoxmənzilli binaların mülkiyyətçiləri hələ də bu islahatların qanunvericilik çərçivəsində həyata keçirilməsi qaydaları ilə tanış deyillər. Bunun əsas səbəbləri: çoxmənzilli binaların yerləşdiyi və ətraf torpaq sahələrinin, ümumi istifadədə olan qeyri-yaşayış sahələrinin, zirzəmilərin onların mülkiyyətinə aid olmaları ilə bağlı məlumatsızlığı və bu sahədəki müasir qanunvericiliyin məzmunu ilə tanış olmamalarıdır. Bütün bunlar Azərbaycan əhalisinin çoxmənzilli binaların idarə edilməsi sahəsində maaarifləndirilmə işini aktual edir.

“İqtisаdi İnkişаfа və Аqrаr Lаyihələrə Dəstək” İctimаi Birliyi (İİАLD-İB) Almaniyada fəaliyyət göstərən “IWO-Şərqi Avropada mənzil təsərrüfatının təşəbbüsü” adlı təşkilatın rəhbərliyi altında həyata keçirilən “HOME- mənzil sektorunda islahatlar istiqamətində: Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin potensialının artırılması” layihəsinin Azərbaycanda həyata keçirilməsi üçün partnyor seçilibdir. Bu layihə çərçivəsində İctimаi Birlik Bakı şəhərinin bir sıra rayonları ərazisində fəaliyyət göstərən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri üçün treninq –seminarlar keçirir. Birliyin mütəxəssisləri Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yaratmamış çoxmənzilli binaların sakinlərinə bu sahədə qüvvədə olan qanunvericilik barədə müvafiq məsləhətləri verirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər