Modern.az

Azərbaycan millisi Şimali İrlandiya ilə oyun üçün heyəti açıqladı

Azərbaycan millisi Şimali İrlandiya ilə oyun üçün heyəti açıqladı

8 May 2017, 17:40

Futbol üzrə Azərbaycan millisinin Şimali İrlandiya ilə oyun üçün heyəti açıqlanıb.

Qeyd edək ki, millimiz mayın 15-dən 20-dək Bakıda, 20-dən iyunun 3-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq.

Modern.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığması ilə qarşılaşacaq komandamıza 26 futbolçu çağırıb.

Bunlar aşağıdakı futbolçulardır:

Qapıçılar: Kamran Ağayev (klubsuz), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)
 
Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov (hər ikisi “Qəbələ”)
 
Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)
 
Hücumçular: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov (“Ayntraxt”, Almaniya)



 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır