Modern.az

Gəncədə DƏHŞƏT: Hamilə qadının boğazını kəsdi, özünü bıçaqladı

Gəncədə DƏHŞƏT: Hamilə qadının boğazını kəsdi, özünü bıçaqladı

9 May 2017, 11:13

Gəncə şəhərində hamilə qadının boğazının kəsilməsi ilə bağlı təfərrüat məlum olub.

 

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Ramin Kamil oğlu Qarayev keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb.

 

Ü.Əliyeva Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. R.Qarayev isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Ü.Əliyevanın qohumları bildirib ki, hadisə qısqanclıq zəmnində baş verib. 

Hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən "Sərçə bazarı"adlanan ərazidə baş verib.

Belə ki, R.Qarayev və Ü.Əliyeva ailə qurublar. Lakin övladları olmadığı üçün boşanıblar. Xəstəxanalardan birində tibbi bacısı işləyən Ü.Qarayeva başqa biri ilə ailə həyatı qurub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?