Modern.az

Tramp Suriyadakı kürdlərə silah verilməsinə razılaşdı

Tramp Suriyadakı kürdlərə silah verilməsinə razılaşdı

Dünya

9 May 2017, 23:33

ABŞ Prezidenti Donald Tramp Suriyadakı kürdlərə iri çaplı silahların verilməsini nəzərdə tutan qərarı təsdiq edib. Modern.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Rəsmilər sözügedən silahların YPG-yə Rakka əməliyyatına dəstək məqsədilə veriləcəyini bildiriblər. Silahların nə vaxt çatdırılacağı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bundan öncə də ABŞ-ın Rakka əməliyyatını YPG ilə birgə keçirəcəyi barədə məlumatlar yayılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə