Modern.az

AvtoRadio (107.7 fm) da İslam Oyunlarına görə gücləndirlmiş rejimə keçdi

AvtoRadio (107.7 fm) da İslam Oyunlarına görə gücləndirlmiş rejimə keçdi

10 May 2017, 11:35

IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək.

Bu haqda Modern.az-a Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, Oyunlardan əvvəl və Oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən Bakı-2017 İslam Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin bna.az internet səhifəsi, Bakı Nəqliyyat Agentliyinin facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də Bakı -2017 internet səhifəsinə (www.baku2017.com) müraciət edilməlidir:

“Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların operativ çatdırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nəzdində fəaliyyət göstərən AvtoRadio (107.7 fm) gücləndirilmiş iş rejimində çalışır. Belə ki, radionin proqramına da dəyişiklik edilib. “Dinləki biləSƏN” devizi altında hər gün saat 12:00-dan 13:00-a kimi oyunlarla bağlı xüsusi verilişin yayımlanması nəzərdə tutulub. Həmçinin gecə yarısına kimi yollardakı ən son vəziyyəti də dinləyicilərə, oyunları izləməyə gedən şəxslərə çatdırılacaq.

Məlumatlandırma ilə yanaşı Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək”.

M.Ağayevin sözlərinə görə, məlumatlandırma və maarifləndirmə tədbirləri dayanacaqlardakı Avtobus İnformasiya Terminalları , VMS (elektron informasiya terminalı) və stasionar bannerlər vasitəsi ilə, eləcə də avtobusların audio və video vasitəsilərlə də həyata keçiriləcək.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər