Modern.az

Sərnişin qatarlarında sıxlıq yaranıb

Sərnişin qatarlarında sıxlıq yaranıb

10 May 2017, 13:03

Mayın 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur. Bu haqda Modern.az-a məlumat verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib ki, buna səbəb ölkəyə gələn turistlərin sayının artmasıdır:

 

“IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstan Respublikasından tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir.

 

Eyni zamanda Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin artımı, adi günlərə nisbətən 10-15 faiz təşkil edir”.

 

Qurum rəsmisi qeyd edib ki, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir