Modern.az

Bu məkanlarda pulsuz Wi-Fi-dan istifadə etmək mümkün olacaq

Bu məkanlarda pulsuz Wi-Fi-dan istifadə etmək mümkün olacaq

10 May 2017, 13:27

“Ağ şəhər”, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkında pulsuz wifi istifadəyə verilib”.

 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən Modern.az-a verilən məlumatda deyilib.

Bildirilir ki,  bu gündən etibarən, Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonasını, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edənlər pulsuz wifi xidmətindən faydalana bilərlər. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelecom”) IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsini bir qədər də genişləndirib.

“Baktelecom”“Baku loves you” brendi adı altında təqdim olunan  layihə çərçivəsindəmütəmadi olaraq yeniləmə vətəkmilləşdirmə işləri aparır.

Yaxın zamanlarda  istifadəçilər üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından “Baktelecom”-la yanaşı, bəzi ərazilərdə “Baku loves you” adını seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək vəpulsuz internetdən istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, “Dənizkənarı Milli Park” və “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində istismara verildiyi gündən indiyədək artıq 150 minə qədər istifadəçi pulsuz internet xidmətindən yararlanıb.

Əhalinin marağını və yay mövsümü ilə əlaqədar daha çox istifadəçinin şəbəkəyə qoşulacağını nəzərə alaraq, bu göstəricinin hər həftə sürətlə artacağı istisna edilmir.

Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilər də daxil olmaqla quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir