Modern.az

Çində buraxılan dərmanların Azərbaycana gətirilməsinə icazə verilir

Çində buraxılan dərmanların Azərbaycana gətirilməsinə icazə verilir

Aktual

10 May 2017, 13:55

 “Azərbaycana gətirilən dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqətlə yanaşılır”.

Modern.az verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib

O bildirib ki,  nazirliyin Analitik Ekspertiza Mərkəzində dərman preparatlarının hər seriyası yoxlanılır.

“Yalnız bundan sonra onların idxalına icazə verilir. Dünyanın qəbul etdiyi qaydalar var ki, istehsalçı şirkət rəsmi şəkildə öz məhsulunu istər Çində, istərsə də başqa ölkələrdə istehal edə bilər. Hətta Avropanın aparıcı şirkətləri öz istellarını Çində və ya Cənubi Koreyada qura bilirlər. Bu da ucuz işçi qüvvəsi ilə bağlıdır. Həmin dərmanların istehsalı üçün rəsmi lisenziyası varsa, onun Azərbaycana idxalına icazə verilir. Hesab edirəm ki, xaricdən gətirilən dərmanlar sırf Çin istehsalı yox, sadəcə Avropa ölkələrinin orada istehsal etdiyi dərmanlardır. Dünyanın əksər istehsalçıları Çinin xammallından istifadə edirlər. Dünyada dərman xammalının əsas mənbəyi Çindir”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?