Modern.az

Agentlik Maştağada minaatan mərmisi tapıb

Agentlik Maştağada minaatan mərmisi tapıb

14 May 2017, 18:15

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində keçirilmiş əməliyyat barəd operativ məlumat yayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Sabunçu rayonu,  Maştağa qəsəbəsində 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?