Modern.az

Cüdoçumuz Məmmədəli Mehdiyev Azərbaycana 14-cü qızıl medalı qazandırdı

Cüdoçumuz Məmmədəli Mehdiyev Azərbaycana 14-cü qızıl medalı qazandırdı

Aktual

14 May 2017, 18:56

Azərbaycan cüdoçusu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında çempion olub.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə qarşılaşıb.

 

Görüşdə tam qələbə qazanan cüdoçumuz qızıl medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!