Modern.az

Azərbaycan cüdoçuları komanda hesabında birinci oldu

Azərbaycan cüdoçuları komanda hesabında birinci oldu

14 May 2017, 20:15

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın cüdoçu İrina Kindzerska gümüş medal qazanıb. Modern.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerska finalda türkiyəli Kayra Sayitə 2 dəqiqə 27 saniyəyə ipponla uduzub. 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk yarış günü cüdoçularımız 9 medal qazanıb. Qazanılan medallardan dördü qızıl, beşi isə gümüş olub. Cüdoçularımızdan Nicat Şıxəlizadə, Hidayət Heydərov, Orxan Səfərov və Bazarraqça Erdenebat qızıl, Kifayət Qasımova, Rüstəm Orucov, Xanım Hüseynova, Nəzakət Əzizova və Aişə Qurbanlı isə gümüş medal qazanıb.

Bu gün isə Elxan Məmmədov və Məmmədəli Mehdiyev qızıl medal qazanıb. Elmar Qasımov isə gümüş medalla kifayətlənib. Beləliklə, Azərbaycan cüdo millisi İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vuraraq, komanda hesabında 1-ci olublar.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi