Modern.az

Azərbaycan karateçiləri yarışı 10 medalla başa vurub

Azərbaycan karateçiləri yarışı 10 medalla başa vurub

14 May 2017, 21:27

Azərbaycan karateçiləri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında  10 medal qazanıb. Modern.az xəbər verir ki, yarışların ikinci günü idmançılarımız 5 medal əldə edib. Belə ki, kişilərin mübarizəsində Ayxan Mamayev və Roman Heydərov qalib olub. Qadınlardan İrina Zaretska qızıl, Fəridə Əliyeva gümüş, Asiman Qurbanlı isə bürünc medala sahib olub.

Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev və Fəridə Abiyeva qızıl, İlahə Qasımova gümüş, Firdovsi Fərzəliyev və Nuranə Əliyeva bürünc medala sahib olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir