Modern.az

“Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil” - Elmar Məmmədyarov

“Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil” - Elmar Məmmədyarov

14 May 2017, 23:26

“Üç ölkənin xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra məndə belə təəssürat yarandı ki, qoşunların çıxarılması müqabilində sülh və ya ərazi müqabilində sülh mümkündür. Son on iki il ərzində danışıqlar prosesinin məntiqini bu təşkil edir”. Modern.az xəbər verir ki, bunu  APA-ya açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olması ilə bağlı fikrinə münasibət bildirən

Elmar Məmmədyarov vurğulayıb ki, diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil: “Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?