Modern.az

Multikulturalizm təbliğ olunur  

Multikulturalizm təbliğ olunur   

Aktual

14 May 2017, 21:01

“Hələ qədim dövrlərdən başlayaraq, ölkəmizdə çoxlu sayda milli azlıqlar, etnik qruplar və müxtəlif dinlərin daşıyıcıları olan xalqlar məskunlaşıb. Bu xalqların hər biri özünəməxsus mədəni dəyərlər, adət ənənələrin daşıyıcılarıdır. Məhz multukulturalizm xalqlarda mədəni və dini tolerantlıq yaradır və birgə yaşayışı təmin edir”.  Modern.az xəbər verir ki, bunu Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Elşən Nağıyev bildirib.

E.Nağıyevin sözlərinə görə, multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur: “Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri imkanların olduğunu görürük. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb və bu dəstək indi də davam edir. Multikulturalizm cəmiyyətin inkişafı üçün münbit şərait yaradır, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir. Ölkəmizin yerləşdiyi coğrafi ərazi və bu ərazidə yaşayan etnik müxtəlifliklər, ölkəmizdə multikultural dəyərlərin inkişafını zəruri edir və bu dəyərlər ölkəmizdə sabitliyin uzunmüddətli olmasını təmin etməklə sülh şəraitində birgəyaşayışın qarantı kimi çıxış edə bilər.

Sovetlər Birliyinin dağılması ərəfəsində regionumuzda baş qaldıran etnik münaqişələr, o cümldən etnik münaqişə donu geyindirilərək Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın işğal edilməsi. Son vaxtlar dünyanın strateji regionlarında yerləşən ölkələrində “böyük güclərin” köməyilə yaradılan etnik və dini, xüsusilə məzhəbçililiyin qızışdırılaraq böyük münaqişələrə və kütləvi qırğınlara səbəb olması göz önündədir. Ən yeni və müasir tariximizdə baş verən bu proseslər multikultural dəyərlərin  əhəmiyyətini daha da artıraraq nə dərəcədə vacib olduğunu göstərməkdədir”.

E.Nağıyevin sözlərinə görə, respublikamızda bu istiqamətdə görülən tədbirlərə ictimai dəstək məqsədi ilə  “Multukulturalizmin təbliğinə dəstək” layihəsinin icrasına başlayıblar: “Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.  Layihə çərçivəsində Azərbaycanda multikultural cəmiyyətin formalaşmasına, multikulturalizm ideyalarının inkişafına və multikultural dünyagörüşünün yayılmasına dəstək verilməsi nəzərdə tutulur”.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı