Modern.az

Bəxtiyar Sadıqov KİV-ə Dövlət Dəstəyi Fonduna vəsaitin artırılmasını istəyir

Bəxtiyar Sadıqov KİV-ə Dövlət Dəstəyi Fonduna vəsaitin artırılmasını istəyir

12 Noyabr 2009, 13:45

Modern.az xəbər verir ki, parlamentin noyabrın 12-də keçirilən iclasında millət vəkili Bəxtiyar Sadıqov çıxış edərək gələn ilin dövlət büdcəsində Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu üçün 2 milyon manat nəzərdə tutulmasının az olduğunu deyib. O, bildirb ki, həmin vəsaitin təxminən 1,3 milyon manatı KİV-ə Dövlət Dəstəyi Fonduna qalır: “Çünki dövlət tərəfindən maliyyələşdirilən qəzetlər də var. Bu o deməkdir ki, vəsaitin artırılmasına ehtiyac böyükdür”. B.Sadıqov deyib ki, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu üçün nəzərdə tutulan vəsait 1 milyon manat artırılsın. “Bunu jurnalistlərin adından xahiş edirəm və hesab edirəm ki, onların xahişi yerinə yetiriləcək”-deyə o, bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi