Modern.az

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb

Dünya

25 May 2017, 21:17

Türkiyəmin Antalya bölgəsinin Alanya qəsəbəsində qeyri-leqal işçi kimi çalışan Azərbaycan vətəndaşı saxlanılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, jandarma əməkdaşları Alaynanın Okurcalar məhəlləsindəki otellərdən birinin içərisində yerləşən geyim mağazasında əməliyyat keçirib. Bu zaman 31 yaşındakı Azərbaycan vətəndaşı Zaur Sadıkovun qeyri-leqal işçi kimi mağazada işlədiyi təsbit edilib. O, saxlanılıb və deportasiya olunmaq üçün yerli miqrasiya idarəsinə təhvil verilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə