Modern.az

Azərbaycanın QHT sədri Afrikada ekspert seçilib

Azərbaycanın QHT sədri Afrikada ekspert seçilib

Qarabağ

29 Aprel 2011, 17:05

Aprelin 26-si – 29-da  Dünya Bankının dəstəyi ilə Kenyada kechirilən “Gənclərin II Global Antikorrupsiya Forumun"da iştirak edən “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi (DİGİB)-nin sədri Vüsalə Hüseynli sözügedən Forumun qarşıdakı illər üçün Cənubi Qafqaz ölkələri üzrə eksperti kimi təsdiqlənib.

Bu barədə  Forumun rəsmi saytında  məlumat verilib. Digər məlumatlara görə, “Gənclərin III Global Antikorrupsiya Forumun"un gələn il 2012 ci ildə keçirilməsi gözlənilən namizəd ölkələr sırasında Azərbaycanın da adı var.

Cənubi Qafqazın eksperti qismində Azərbaycan nümayəndəsi olduğundan  Forumun İdarə Heyəti Gürcüstan və Ermənistan deyil, məhz Azərbaycanın adını namizəd ölkələr sırasına daxil ediblər. Forumun keçirilməsi ilə bağlı yekun  qərarın bu ilin  sentyabrında İdarə Heyətinin görüşündə veriləcəyi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat