Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Şimali İraqın Hakurk və Qəndil bölgələrində PKK mövqelərinə aviazərbələr endirib.
Hava zərbələri nəticəsində terrorçulara məxsus bir artilleriya qurğusu və 2 sığınacaq məhv edilib.
Məlumata görə, qırıcılar kəşfiyyat məlumatından sonra havaya qalxaraq tapşırığı icra edib.
Modern.az