Modern.az

İordaniya Suriya sərhəddində hərbçilərə hücum

İordaniya Suriya sərhəddində hərbçilərə hücum

Dünya

3 İyun 2017, 22:14

İordaniya Suriya sərhəddində hərbçilərə hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sərhəddə 3 silahlı şəxs motosikletlə hərbçilərin mövqeyinə hücum edib.

Məlumata görə, hadisə Rukban yaxınlığında, on minlərlər suriyalı qaçqının yaşadığı yerdə baş verib. Atışma zamanı silahlılar öldürülüb.

İordaniyanın "Hala Akhbar" saytının məlumatına görə, atışma zamanı həmçinin ordunun bir əsgəri də yüngül yaralanıb.

İordaniya hökuməti hesab edir ki, Rukbanda terrorçular yaşayır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə