Modern.az

Ordumuzun üç hərbçisi minaya düşüb

Ordumuzun üç hərbçisi minaya düşüb

Ölkə

4 Sentyabr 2009, 12:39

Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi minaya düşüb. ANS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində hərbçilər traktorla gedərkən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində baş verib. Nəticədə traktor tamamilə yararsız hala düşüb. Hərbçilər - İsmayıllı rayonundan hərbi xidmətə çağırılan Nurlan Məmmədov, Gədəbəy rayonundan hərbi xidmətə çağırılan Murad Rəhimov və Şirvan şəhərindən hərbi xidmətə çağırılan Sadiq Atayev ağır bədən xəsarətləri alıblar. Onlar dərhal ərazidəki hospitala çatdırılıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir