Modern.az

Baş katib Qətərlə bağlı böhranın həllinə kömək etməyə hazırdır

Baş katib Qətərlə bağlı böhranın həllinə kömək etməyə hazırdır

Dünya

9 İyun 2017, 00:26

Qətərlə bağlı böhran diplomatik yollarla aradan qaldırılmalıdır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qətərlə bəzi ərəb ölkələri arasındakı böhran narahatlıq yaradır.

BMT-nin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, cərəyan edən proseslər baş katib Antonio Quterreş tərəfindən diqqətlə izlənilir: "Böhranın diplomatik yolla həllinə nail olunmalıdır. Baş verənləri dərin narahatlıqla izləyirik. Tərəflər tez bir zamanda böhranın aradan qaldırılması üçün səy göstərməlidir. Lazım gələrsə, BMT Baş katibi Antonio Quterreş hər zaman vasitəçiliyə hazırdır”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə