AŞPA-nın Parlament layihələrinə dəstək Departamenti 12-13 iyun tarixlərində “Avropa İnsan Hüquqları Konvensiyası standartlarının həyata keçirilməsində milli parlamentlərin rolu” mövzusunda regional seminar təşkil edəcək.
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək tədbirdə ölkəmizi Milli Məclisin deputatları Vüsal Hüseynov, Sabir Hacıyev, Kamran Nəbizadə və Ülviyyə Ağayeva təmsil edəcəklər.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.
Regional seminarda mövzu ətrafında müzakirələr və təcrübə mübadiləsi aparılacaq. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən insan hüquqları ilə bağlı təqdimat edilməsi nəzərdə tutulur.
Səfər iyunun 14-də başa çatacaq.
Mirmahmud KAZIMOĞLU