Modern.az

Batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edildi

Batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edildi

Aktual

10 İyun 2017, 17:48

Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edilib.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 azyaşlının çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:32-də başa çatıb.​

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?